Teymur İbrahim 
 

İnsanın sağlamlığını şərtləndirən əsas elementlərdən biri də qidalanmadır. Düzgün qidalanma həm daxili orqanlarımızın fəaliyyətinə, həm müxtəlif xəstəliklərə qarşı immunitetimizin formalaşmasına, həm də ümumi psixoloji vəziyyətimizin yüksək olmasına böyük təsir göstərir. Soyuq havalarda isə bəhs etdiyimiz təsir gücü ikiqat olur. Temperatur aşağı düşdükdə qidalanmamıza daha çox diqqət etməli, sağlam qidalara daha çox üstünlük verməliyik. Mütəxəssislərin fikrincə, soyuq havalar insan orqanizminin müdafiə sistemini zəiflədir və bədənin müqavimətini azaldaraq xəstəliklərə yoluxma riskini artırır. Soyuq havanın insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək və immunitet sistemini gücləndirmək üçün qış aylarında düzgün qidalanmaya daha çox diqqət yetirmək xəstəliklərin qarşısını almaq üçün vacibdir. Güclü müdafiə mexanizminin təməlində ət, süd, qatıq, pendir, meyvə, tərəvəz və çörəklə balanslı və sağlam qidalanma ilə yanaşı, antioksidləşdiricilərlə zəngin qidalar qəbul etmə də dayanır. Qidalanmada bir sıra nüanslar var ki, onlara əməl etsək, sağlam qidalanmamızı təşkil etmiş olarıq. Soyuq havalarda bunlara diqqət və ya əməl etsək, orqanizmimiz də bizə minnətdar olar. 

Zəncəfil 

Antioksidləşdiricilər və C vitamini ilə zəngin olan zəncəfil B6 vitamini, kalium, kalsium, dəmir, maqnezium, fosfor və lif baxımından da yüksək qida dəyərinə malikdir. Orqanizmimizdəki bir çox sistemə faydaları ilə yanaşı zəncəfilin ən əhəmiyyətli faydası infeksiyalardan qorunmaq və immunitet sistemini gücləndirməkdir. Xüsusilə də, təbii və təzə zəncəfil qəbul etmək öskürək və əzələ ağrısı şikayətlərinizin qarşısını alar. 

Sarıkök

Sarıkökün əsas aktiv tərkib hissəsi olan kurkumin bu qidanın orqanizmə verdiyi bir çox müsbət təsirdən məsul olan çox vacib bir komponentdir. Kurkumin kanserogen hüceyrələrin məhv edilməsindən tutmuş, immunitet sisteminin aktivləşməsinə qədər bir çox təsirə malikdir. Sarıkök T, B hüceyrələri, makrofaqlar, neytrofillər və təbii öldürücü hüceyrələrə təsir edərək immunomodulyator funksiyası yerinə yetirir. Sarıkök gündə bir xörək qaşığı qədər qəbul edildikdə gündəlik dəmir ehtiyacının 16, kalium ehtiyacının 5, manqan ehtiyacının 26 və C vitamini ehtiyacının 3 faizi qarşılanır. 

Meyvə-tərəvəz

Meyvə və tərəvəzlər sahib old uqları antioksidləşdiricilər (A, C, E, B9 (fol turşusu) kimi vitaminlər, həmçinin, oliqosaxaridlər və fenollar) sayəsində immunitet sistemini gücləndirir və bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Xüsusilə də, itburnu, qreypfrut, portağal, naringi, limon, kivi, çiyələk və s. kimi meyvələr yüksək miqdarda C vitamini, yerkökü, ispanaq, pomidor, yaşıl/ qırmızı bibər, brokkoli, kəvər, balqabaq və s. kimi tərəvəzlər isə A vitamini törəməsi olan və immunitet sistemini gücləndirən beta-karotenlə zəngindir. Bu səbəbdən xəstəliklərin qarşısını almaq üçün gündə 5 porsiya meyvə və tərəvəz qəbuluna diqqət yetirmək lazımdır. 

Sarımsaq-soğan

Orqanizmimizdə istehsal olunan çox güclü bir antioksidləşdirici olan qlutation hüceyrə daxilində bir çox xəstəliklərin səbəbi sayılan sərbəst radikalları məhv edir. Qlutationun yaranması soğanda olan "sistein" və sarımsaqda olan "allisin" maddəsi tərəfindən təmin edilir. Qidalanmanıza soğan və sarımsaq əlavə etmək immunitet sisteminizi dəstəkləyər və bir çox xəstəliklərin yaranmasının qarşısını alar. 

Fermentli qidalar

Kefir, qatıq və turşu kimi ənənəvi qıcqırdılmış qidalar tərkibindəki faydalı mikroorqanizmlərlə immunitet sistemi üçün əvəzolunmazdır. Probiotik təsiri olan fermentləşdirilmiş qidalar, xüsusilə də, bağırsaq florasını yaxşılaşdırmaqla immunitet sistemini gücləndirir. Bu səbəbdən gün ərzində kefir, qatıq kimi yüksək probiotik tərkibli qidalar qəbul etmək mütləqdir.

Çərəzlər (quru meyvələr)

Qoz, badam, fındıq və s. kimi mağa kömək edir. Flavonoidlər iltihabı aradan qaldırır və bədənin müqavimətini artıraraq müalicəyə kömək edir. Yaşıl çay isə tərkibindəki katexin komponenti sayəsində antioksidləşdirici təsir göstərərək immunitet sistemini gücləndirir. Soyuqdəymə və qrip infeksiyalarına qarşı da yaxşı təsirə malikdir. Bədəndən toksinlərin ifraz olunmasına kömək edir. Cökə yarpağı və yaşıl çaydan başqa adaçayı, itburnu, zəncəfil, nanə və kəklikotu çayı da soyuq qış günlərində immuniteti gücləndirən çox təsirli bitki çaylarıdır. faydalı yağlı toxumlar güclü antioksidləşdirici xüsusiyyətə malik E vitamini ilə zəngindir. Bu səbəbdən qəlyanaltılara gündə 1 kasa quru meyvə daxil etmək lazımdır.

Kətan toxumu

Omeqa 3 mənbəyi olan kətan toxumu B12, K və E vitaminləri ilə də zəngindir. Eyni zamanda, tərkibində linamarin kimi faydalı birləşmələr də var. Güclü antioksidləşdirici mənbəyi olan kətan toxumu immunitet sistemini gücləndirmək qabiliyyətinə malikdir.

Bitki çayları 

Cökə yarpağı öskürəyi azaltmağa kömək edir. Flavonoidlər iltihabı aradan qaldırır və bədənin müqavimətini artıraraq müalicəyə kömək edir. Yaşıl çay isə tərkibindəki katexin komponenti sayəsində antioksidləşdirici təsir göstərərək immunitet sistemini gücləndirir. Soyuqdəymə və qrip infeksiyalarına qarşı da yaxşı təsirə malikdir. Bədəndən toksinlərin ifraz olunmasına kömək edir. Cökə yarpağı və yaşıl çaydan başqa adaçayı, itburnu, zəncəfil, nanə və kəklikotu çayı da soyuq qış günlərində immuniteti gücləndirən çox təsirli bitki çaylarıdır. 

QIŞ AYLARINDA SİZİ İSİDƏN 8 QİDA 

Bədən temperaturunu yüksəltməklə soyuqdəymənin qarşısını almaq xəstəliklərə qarşı ala biləcəyimiz əsas tədbirlərdən biridir. Bunun yollarından biri də bədən temperaturumuzu yüksəldən qidalar qəbul etməkdir. Bura darçın, qara istiot, acı bibər, balqabaq, şirin kartof, kələm, yerkökü, sarıkök və s. kimi qidalar daxildir. 

Soyuq havalarda immunitetimizi artırmaq xüsusilə son illərdə ən aktual məsələlərdən biridir. Buna səbəb isə artıq üç ildən çoxdur ki, həyatımızın bir parçasına çevrilən koronavirus pandemiyasıdır. Bildiyimiz kimi insanların koronavirus infeksiyasına yoluxma riski soyuq havalarda daha da artır. Odur ki, koronavirus soyuq aylarda orqanizmimizin qeydinə qalmağın nə qədər vacib olduğunu bir daha bizə xatırladır.

Sonda isə, hər hansı xəstəliyə yoluxma riskimizin olub-olmamasından asılı olmayaraq, hər zaman düzgün qidalanmalı, orqanizmimizin zəif nöqtələrini aradan qaldırmaq üçün addımlar atmalıyıq. Çünki uğurlu və səmərəli həyat elə sağlamlıqdan başlayır.