Əhməd İbrahimli 
 

Hər kəsin həmrəy olduğu bir həqiqət var ki, tarix təkcə keçmişdə baş verənləri öyrənmək üçün deyil, həm də gələcəyi düzgün təməllər üzərində qurmaq üçündür. Bu mənada tarıx şüuru hər bir xalq üçün həm də özünümüdafiə gücüdür.

Heç uzaq getməyək, öz xalqımızdan, öz tariximizdən danışaq və son bir neçə əsrdə başımıza gələn hadisələr aynasında gələcəyə boylanaq. İki yüz ildən artıqdır ki, bizə qarşı davam edən imperiya siyasəti həyatımızın hər sahəsində öz neqativ üzünü göstərir. Təkcə o faktı demək kifayətdir ki, son iki əsrdə başımıza gətirilən bütün müsibətlərdə, torpaqlarımızın parçalanıb əlimizdən alınmasında bu siyasətin imzası var. Borçalını da, bu gün Ermənistan adı ilə mövcud olan oyuncaq dövlətin sərhədləri içində qalan tarixi torpaqlarımızı da, Dəmirqapı Dərbəndi də imperiya güclərinin təzyiqi altında itirmişik. Hələ onu demirik ki, bir-biri ilə əlbir olub bizi necə ikiyə bölüblər. Bu gün dünyada bizim kimi bölünmüş, bir başı o biri başından xəbərsiz çox az xalq var.

XX əsrin əvvəllərində Çar Rusiyası dağıldı və həmişə onun-bunun əlaltısı olan ermənilər yenə o rus, ingilis, fransız havadarlarının hər cür himayəsi, dəstəyi ilə üstümüzə yeridilər. Nəticədə, Zəngəzurumuzu, Göyçəmizi itirdik. Sovet dövründə Moskva rəhbərliyinə ən alçaq üsullarla yol tapıb Qazax rayonu ərazisindən 5 min hektar torpağımızı ələ keçirdilər. 1980-ci illərin sonunda SSRİ-nin laxladığını görüb yenə xarici havadarlarından dəstək alan bu "məzlum millət" yenə üstümüzə ayaq açdılar. Bu dəfə də nə az, nə çox, Azərbaycanın ürəyi Dağlıq Qarabağı əlimizdən almaq üçün müharibəyə başladılar. Bu cür qansızlığın, həyasızlığın bənzərinə tarixdə rast gəlmək mümkün deyil.

1990-cı ildən sonra xarici qüvvələr tərəfindən silahlandırılan və vandallığa təşviq edilən ermənilərin Azərbaycan Respublikasına qarşı başladığı müharibə daha amansız xarakter almağa başladı. Dağlıq Qarabağ ətrafında komendatura quran imperiya qoşunları burada yaşayan azərbaycanlıların əlindən ov tüfəngini aldığı halda erməniləri müasir silahlarla təmin etməyə başladı. 1991-ci ildə Dağlıq Qarabağda Qarakənd səmasında Azərbaycanın bir qrup rəhbər şəxslərini daşıyan vertolyot vuruldu və içində bir nəfər də sağ qalmadı.

Şuşanın kəndləri, ardınca da Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlər bir-bir ermənilər tərəfindən işğal edildi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xankəndindəki 366-cı motoatıcı alayın rus və ermənilərdən ibarət quldurları Xocalıda soyqırım həyata keçirdilər. 613 nəfər qətlə yetirildi, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin taleyi hələ də məlum deyil.

1992-ci il mayın 8-də Şuşa, ardınca da Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan ermənilər tərəfindən işğal edildi. Təqvimimiz qaraya boyandı. 30 il boyunca bir-birimizi ittiham etdik, töhmət altında tutduq. Amma bilən bilirdi ki, biz erməniyə uduzmamışıq, erməninin arxasındakı imperiya gücləri qarşısında geri çəkilmişik. Həm də müvəqqəti... 

Gənc nəsillərə tarix şüurunu aşılamaq üçün əsas məsələ tarixi hadisələrə sadə və səthi bir nəzərlə baxmamaqdır. Tarix şüuru keçmişi gələcəyə qovuşduran bir körpü mahiyyətindədir. Bu körpünü salıb onu qorumayan millətlərin keçdikləri sahildə istiqamətlərini müəyyən etməsi çox çətindir.

Tarixi hadisələri tədqiq edərkən yanılmamaq üçün onu təkcə birtərəfli araşdırmamaq, bütün təməl əsasları ilə analiz etmək lazımdır. Bu mövzuda İbn Xaldun deyir: "Tarixçilər, təfsirçilər və rəvayət ustadları nəql etdikləri rəvayətləri doğru və ya yalan olmasını araşdırmadan köçürdükləri, həmçinin, oxşarları ilə qarşılaşdırmadıqları üçün çox vaxt yanılmışlar. Bu şəkildə onlar doğru yoldan çıxmış, vəxim və xətalı çöllərdə yollarını azmışlar". Buna görə də, millətə bir sıra ali hədəflər göstərilərkən əvvəlcə tarixi səhvlər düzəldilməli, yanlış qənaətlər zehinlərdən çıxarılmalıdır.

Unutmayaq ki, son iki yüz ildə başımza gələn bütün müsibətlər ermənilərin əli ilə icra olundu. Təsəvvür edirsinizmi, İkinci Dünya müharibəsində biz ermənilərlə birlikdə almanlara qarşı vuruşduğumuz halda, o odlu səngərlərdə belə ermənilər bizə qarşı düşmənçilik hissini yerə qoymadılar. Üstündən əlli il keçəndən sonra neçə-neçə soydaşımızın o səngərlərdə ermənilər tərəfindən qətlə yetirildiyi deyilir. Azərbaycanın igid övladı, gənc yaşda general rütbəsinə yüksəlmiş Həzi Aslanovun belə ölümündə erməni əli olduğu bildirilir. 1918-ci il hadisələri zamanı Şamaxıda, Salyanda, Qubada, Qarabağda ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş soydaşlarımızın yatdığı kütləvi məzarlar var.

Tarixi yaddaş mövzusu bu gün ona görə çox aktualdır ki, artıq tarixin təkəri bizim istədiyimiz səmtə yönəlir. Artıq üç il əvvəlki kimi məğlub xalq deyilik. 2020-ci ilin 8 noyabrında əldə etdiyimiz o parlaq zəfər əslində, Qafqazda hər şeyin rəngini, mahiyyətini, istiqamətini dəyişdi. Vicdanını itirmiş imperialist qüvvələr bizim haqlı olduğumuzu bilə-bilə konflikti uzatmaq, son nəticəni ermənilərin xeyrinə tamamlamaq istəsələr də, şanlı ordumuz hər şeyi yerbəyer etdi, 44 gün davam edən müharibədə ermənilərin dizini yerə gətirdi, haqqımızı bərpa etdi. Bu gün dünya xalqları önündə bizim üzümüz ağ, alnımız açıqdır. Biz qalib dövlətin vətəndaşları, müzəffər xalqın övladlarıyıq. Amma bir mühüm məqam da var ki, onu heç vaxt nəzərdən qaçırmamalıyıq. Düşmənimizin nə qədər ikiüzlü, riyakar olduğunu unutmaq olmaz. Sovet illərini yaşayan adamlar onları yaxşı tanıyırlar. Yeri gələndə son dərəcə aciz, məzlum görünən bu zavallı xalq əlinə fürsət düşəndə əfi ilana dönür.

Açın tarixə baxın, ermənilərin Şərqi Roma dövlətinə xidməti və xəyanəti onunla nəticələndi ki, öz ağaları onları darmadağın etdilər. Beş yüz il ərzində Osmanlı dövlətində "sadiq millət" kimi tanınan ermənilər XX əsrin əvvəllərində, Osmanlı dövlətinin yıxıldığı illərdə rus, ingilis və fransız himayədarlarının əli ilə Anadoluda soyqırım həyata keçirməyə, kişiləri müharibəyə getmiş kənd və şəhərlərdə qocaları, qadınları, körpələri ucdantutma qətlə yetirməyə başladılar. Bu gün meydana çıxan arxiv sənədlərində ermənilərin 1918-ci ildə Van, Ərzurum, Qars, Ərzincan, Ağrı və ətraf vilayətlərdə milyondan çox insanı öldürdüyü göstərilir.

Bir qədər əvvəl Dağlıq Qarabağda talan edilən sərvətlərimizə sahib çıxmaq üçün Laçın-Xankəndi yolunun Şuşa yaxınlığından keçən hissəsində aksiya keçirən soydaşlarımızın yardım etdikləri, ərzaq verdikləri erməninin sifətinə diqqət yetirdinizmi? Necə də mehriban və sakit görünürdü?! Onlar həmişə belə olurlar, əziləndə, döyüləndə səmimi, mehriban görünür, əllərinə fürsət düşəndə isə əfi ilana dönürlər.

İnşallah, bundan sonra onlar çörək üçün bizim ayağımıza gələcəklər, özlərini də məzlum və yazıq kimi göstərəcəklər. Əminəm ki, bizmkilər də onlara yardım göstərəcəklər. Amma bundan sonra nə olur-olsun, onların kimliyini unutmamalıyıq. Unutsaq, yaşadıqlarımızdan dərs almasaq, bəlaları təkrar-təkrar yaşamalı olacağıq. Allah bu vaxta qədər yaşadığımız fəlakətləri bir daha bu xalqa yaşatmasın!