Bildiyiniz kimi bu vaxta qədər jurnalın hər sayında uğur hekayəsi bölməsində bir azərbaycanlıdan ya söhbət açmışıq, ya da müsahibə almışıq. Bu dəfə isə yazımızı tamam başqa bir istiqamətdə təqdim etməyi qərara aldıq. Yenə də, həmyerlilərimizin uğur hekayəsindən danışacağıq, amma bu dəfə birindən deyil, bir neçəsindən... Sizləri çox yormadan bizi indi deyil, hətta illər əvvəl də deyil, əsrlər əvvəl xaricdə tanıdan azərbaycanlılarımızın sorağına çıxırıq. Yazımız isə ədəbiyyatımızı dünyada tanıdan əsərlər və onların müəllifləri ilə bağlı olacaq...
17-ci əsrdə dünyada Azərbaycan ədəbiyyatı
Təqdim etmək istədiyimiz ilk nümunə 17-ci əsrin məhsuludur. Söhbət "Persiyalı Xuan"dan ("Juan de Persia") gedir. Sözügedən əsər 1604-cü ildə İspaniya krallığının paytaxtı Valyadolid şəhərində ispan dilində çap olunub. Əsərin müəllifi Səfəvi İmperiyasının İspaniyadakı səfiri Oruc bəy Bayatdır. Deyilənə görə bu, azərbaycanlı müəllifin Avropada çap olunan ilk kitabıdır. Bu, eyni zamanda azərbaycanlı müəllifin Avropa dillərindən birinə tərcümə edilən ilk əsəridir. Ancaq uzun zaman unudulan bu kitab 1926-cı ildə ingilis dilinə çevrilir və Londonda nəşr edilir. 1959-cu ildə isə bu əsər fars dilinə tərcümə edilir və Iranda işıq üzü görür. Oruc bəy Bayat ispan yazıçısı, şairi və dramaturqu, məşhur "Don Kixot" romanının müəllifi Migel de Servantesin də yaxın dost kimi tanınır.
Qafqazdan Almaniyaya yetən ünümüz - Mirzə Şəfi Vazeh
Mirzə Şəfi Vazeh 1794-cü ildə Gəncədə anadan olub. O, şair və mütəfəkkir, maarifçi və pedaqoq kimi fəaliyyət göstərib. Mirzə Şəfi şeirlərini "Vazeh" təxəllüsü ilə yazıb. Şair şeirlərini Azərbaycan və fars dillərində yazıb. Onun özünə təxəllüs kimi götürdüyü Vazeh sözünün mənası isə "ifadəli, aydın" deməkdir. Mirzə Şəfi Tiflisdə Azərbaycan və fars dillərindən dərs deyib. Rus pedaqoq İvan Qriqoryevlə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatını və Tiflis gimnaziyası üçün ilk "Tatar-rus lüğətini" yazıb. Həyata 1852-ci il noyabr ayının 16-da Tiflisdə göz yumub.
Mirzə Şəfi eləcə də çoxlu qəzəllər, müxəmməslər, məsnəvilər, rübailər və s. müəllifidir. Onun şeirləri lirik və satirik xarakter daşıyırdı. Vazehin əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü idi, amma o bəzi şeirlərində feodal cəmiyyətinin eyiblərini də göstərirdi. Maarifçi-pedaqoqun şerilərinin dünyaya ayaq açmasının səbəbi isə oğurluqdur. Bəli-bəli, oğurluq... Belə ki, Almaniyadan Tiflisə gələn alman yazıçısı və şərqşünası Fridrix Bodenştedt həmyerlimizdən şərq dilləri dərsini alır. Bu vaxt ərzində o, mütəfəkkirin əsərləri ilə də tanış olur. İlk vaxtlar Fridrix Bodenştedt Vazehin şeirlərinin tərcümələrini "Şərqdə min bir gün" ("Tausend und ein Tag in Orient" (1850)) kitabında nəşr etdirir. Sonradan Bodenştedtin "Mirzə Şəfi nəğmələri" (1851) adlı kitabı da işıq üzü görür. Bu nəğmələr Avropa dillərinə dəfələrlə tərcümə edilir. Ən sonda isə alman yazıçı Vazehin şeirlərini özününkü kimi qələmə verir və bu şəkildə nəşr etdirir. Amma daha sonra fars və Azərbaycan dillərində olan orijinal nümunələr onların Mirzə Şəfinin müəllifliyi ilə yazıldığını sübut edir.
İsmayıl Bəy Qutqaşınlı və fransız dilindəki "Rəşid bəy və Səadət xanım" əsəri
İsmayıl Bəy Qutqaşınlı özünün məşhur "Rəşid bəy və Səadət xanım" əsərini fransız dilində yazıb. Əsər ilk dəfə fransız dilində yazılmış Azərbaycan ədəbiyyatı nümunəsi kimi də tarixə düşüb. Avropada tanınan bəzi əsərlərimizdən fərqli olaraq bu kimlərinsə oğurluğunun qurbanı olmayıb və müəllifin öz adı ilə 1835-ci ildə Varşavada nəşr olu - nub. Təəssüf ki, əsər öz dilimizdə düz 104 il sonra, yəni 1939-cu ildə çap edilib.
Əsərin əlyazmasını ilk dəfə Salman Mümtaz əldə edib. O, öz xatirələrində uzun axtarışlar - dan sonra Xasay xan Usmiyevin sayəsində 1922-ci ildə hekayəni əldə etdiyini yazıb. Kitabı Xasay xandan 2-3 aylığa əmanət alan Salman Mümtaz onu tərcümə etmək istəyib, lakin yatalaq xəstə - liyinə tutulduğu üçün əmanəti geri qaytarıb və yenidən istəyəcəyini bildirib. Lakin Salman Mümtazın xəstəliyi 6 ay çəkib. Bu müddət - də isə Xasay xan Vladiqafqazda vəfat edib və beləcə, əsərin izi itib. 1932-ci ildə Salman Mümtaz Azərbaycan Dövlət Muzeyinə elmi işçi kimi qəbul olub və Xasay xa - nın kitabı başqa kitablarla birlikdə muzeyə satdığı məlum olub.
Əsəri ilk dəfə Səlim bəy Behbudov tərcümə edib, lakin Azərnəşrdə çapı nəzərdə tutulsa da, alınmayıb. 1937-ci ildə Salman Mümtazın həbsindən sonra əsər yenidən unudulub və ancaq iki il sonra, yəni 1939-cu ildə "Ədəbiy - yat qəzeti"ndə azərbaycan dilin - də dərc olunub. Hekayə 1956-cı ildə ilk dəfə olaraq kitab şəklində çap olunub. Hekayə Qəbələ xanlarının nəslindən olan Səadət xanımla Şəki xanlarının nəslindən olan Rəşid bəyin sevgisindən, həmçinin, o dövr Azərbaycan mü - hitinin reallıqlarından bəhs edir.
Qalmaqallı ədəbiyyat nü - munəmiz - "Əli və Nino"
Xaricdə tanınan daha bir qal - maqallı ədəbiyyat nümunəmiz isə "Əli və Nino"dur. İlk dəfə 1937-ci ildə Vyanada alman dilində E. P. Tal Verlaq tərəfindən nəşr edilib. Bu məhəbbət romanı indiyədək dünyanın 33 dilinə tərcümə edilib. Əsərə nə üçün qalmaqal - lı deyirik? Çünki bu əsərin əsl müəllifinin adı müxtəlif cür göstə - rilib. Belə ki, əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstə - rilib. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllü - südür. Buna görə də, uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunub. Lakin amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu sübut edib.
Bəzi tədqiqatçılar Qurban Səid adının Bakı yəhudisi Lev Nissem - baumun, digərləri isə Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü oldu - ğunu qeyd edirlər. Qərb tədqiqatçıları və naşirləri isə "Əli və Nino"nun XX əsrin 20-ci illərin - də Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev Nissem - baum olduğunu bildirirlər. Alma - niyada yaşayan tədqiqatçı Nuridə Atəşi isə əslində, Lev Nissemba - umun müsəlman kimi doğulduğu - nu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir.
Ancaq Qurban Səid adının ya - zıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var. Çəmənzəminlinin oğlu Orxan Vəzirov bildirir ki, bunu vaxtilə Ceyhun Hacıbəyli də təs - diqləyib. Həmçinin, Azərbaycan Yazıçılar Birliyi 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y. V. Çəmənzəminli olduğunu təsdiq edib.
Əsərdəki hadisələr Rusiya inqilabının baş verdiyi, müstəqil və demokratik Azərbaycanın qu - rulduğu və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Əsərdə Əlinin Ninoya məhəb - bətindən və Əli xan Şirvanşirin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söh - bət açılır. Əli xan Şirvanşir rus məktəbində təhsil alan əsilza - də müsəlman gəncidir. Ailəsi - nin tamamilə şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli həm oxuduğu məktəbin, həm də Qərb-xristian dünyasına məxsus gürcü qızı Ninonun təsiri ilə "avropalaşır". Lakin bununla belə o, Azərbay - canın müstəqilliyi uğrunda həyatını qurban verməyə hazır olan əsl azərbaycanlı gəncdir.
Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusilə də, başqa dinlərə məxsus qadınlara qarşı mühafizəkar fikirlərinə baxmayaraq, nikahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə nəhayət mövqeyini dəyişir.
Hadisələr həmin erməninin Ninoya aşiq olmasından və hiyləgərliklə onu qaçırmasından sonra dramatik xarakter alır. Əli xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk edir.
Aylar sonra Nino Əlini ucqar kəndlərin birində yoxsulluq və səfalət içində tapır və elə onunla orada evlənir. Rusiyada baş verən inqilabı və türklərin Bakını azad etmək üçün Azərbaycana yürüşünü diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə İrana yollanır. Nino İranda ev dustağına çevrildiyi üçün özünü tamamilə yalqız və bədbəxt hiss edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino yenidən Bakıya qayıdırlar və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransadakı səfiri vəzifəsi təklif olunur və təklifi Nino da müsbət qarşılayır, lakin Əli imtina edir. O, Ninonun özünü İranda necə yalqız və bədbəxt hiss etdiyini xatırlayır və eyni aqibətlə qarşılaşmaqdan çəkinir.
Əli rusların 1920-ci ildə bir daha Azərbaycana girməsindən sonra yenidən mübarizəyə atılır və Gəncənin bolşeviklərdən müdafiəsi uğrunda döyüşlərdə şəhid olur. Nino isə yenicə dünyaya gəlmiş körpələri ilə Gürcüstana qaçır.
Qurban Səid imzası...
"Qurban Səid" imzasının sahibi olduğu ehtimal edilən Məhəmməd Əsəd bəy 1929-cu ildə alman dilində "Şərqdə neft və qan" adlı əsərini yazır. Kitabda 1918-ci il mart soyqırımından və Azərbaycanın bolşeviklər tərəfindən işğal olunmasından bəhs olunur. Əsər Avropda geniş yayılır və bir neçə dilə tərcümə olunur. Əsəd bəyin bundan başqa "Qafqazın 12 sirri" (1930), "Qafqaz. Dağlar, xalqlar və tarix" (1931), "Stalin. Fanatın karyerası" (1931), "Məhəmməd. Sonuncu peyğəmbər" (1932), "Lenin" (1935), "İkinci Nikolay. Sonuncu çarın əzəməti və sonu" (1935), "Mussolini" (1937) və s. əsərlərinin olduğu vurğulanır. Məhəmməd Əsəd bəy 1942-ci ilin avqust ayının 27-də 37 yaşında İtaliyanın Neapol şəhərinin yaxınlığında, Pozitano adlı yerdə vəfat edir və elə orada da dəfn olunur. Beləcə, Məhəmməd Əsəd bəyin keşməkeşli həyat yolu başa çatır və Azərbaycanı bütün dünyada tanıdan və onu dəlicəsinə sevən yazıçının həyatına son nöqtə qoyulur.
Fransızdilli azərbaycanlı yazıçı Banin
Və nəhayət sonda Fransada Banin adı ilə tanınan qadın yazıçımız Ümmülbanu Mirzə qızı Əsədullayevadan söz açacağıq. Bəzi mənbələrdə o, Ümm-ƏlBanu kimi də təqdim olunur. Ümmülbanu 19 yaşından Parisdə yaşayıb. Onun "Qafqaz günləri" (1945), "Paris günləri" (1947) və "Yad Fransa" (1968) kimi əsərləri fransız dilində yazılıb. "Sonra", "Sonuncu ümidin çağırışı" və digər romanları ona geniş oxucu kütləsi qazandırıb. Son kitabı – "Məryəm mənə nə danışdı?" romanı isə 1991-ci ildə, ölümündən bir il əvvəl işıq üzü görüb. Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis və alman dillərindən gözəl tərcümələri ilə tanınırdı. O, İvan Buninin və Fyodor Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən sayılırdı.
Ümmülbanu məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi, AXC-nin ticarət naziri Mirzə Əsədullayevin qızıdır. Banin təxəllüslü həmyerlimiz 1992-ci ildə 86 yaşında Fransada vəfat edir. Elə həmin il oktyabrın 29-da "Fiqaro" qəzeti olduqca kədərli bir məlumat yayır: "İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat etdi..." Ancaq ömrünün axırınadək Vətənə gələ bilməyən, Azərbaycan həsrəti ilə dünyadan köçən Banin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir və öz qələmi ilə Azərbaycanı həm Fransada, həm də dünyada tanıdır.