"Güc birlikdədir" deyirlər böyüklərimiz. Bu deyimlə istər idmanın komanda ruhu tələb edən sahələrində, istər hər hansı məktəb yarış və ya turnirlərində, istər döyüş meydanlarında, istərsə də gələcəkdə iş həyatında birgə görülən işin əhəmiyyətini dərk etmək olar. Bir sözlə, deyə bilərik ki, komanda işi komanda halında yerinə yetirilən hər hansı bir işin əsas dayaq nöqtəsidir. Təhsil psixoloqu, moderator Hüseyn Həsənov "Komanda işi nədir?", "Komanda halında görülən işin nəticəsi necə olur?" kimi bir sıra suallarımızı cavablandırdı.
- Məktəblilərə komanda işinin vacibliyini necə təbliğ etmək olar?
- Komanda işi bir məqsəd ətrafında birləşən birdən çox insan tərəfindən görülən işdir. Və deyərdim ki, müasir dövrün ən vacib qabiliyyətlərindən biridir.
- Komanda halında və ya fərdi şəkildə görülən işin nəticəsi necə olur?
- Əgər məktəbə bir təhsil ocağı kimi baxsaq və nəzərə alsaq ki, təhsil ocağı şagirdlərə dövrün tələblərinə uyğun qabiliyyətlər qazandırmalıdır, o zaman hər bir məktəbin ilkin məqsədlərindən biri də komanda ilə işləmə qabiliyyətini qazandırmaq olmalıdır.
- Uğurlu komanda işi üçün nələrə diqqət etmək lazımdır?
- Düşünürəm ki, hər sualın cavabında "dövrün tələbləri" ifadəsini vurğulamağım şərt olacaq. İşin növü və həcmi artdığı üçün artıq işlər bir nəfərin öhdəsindən gələ biləcəyi dərəcədə deyil. Bəs fərdi cəhd olsa, nə olar? Yəqin ki, komanda işinin nəticəsini əldə etmək üçün komandadakı üzv sayı qədər çox vaxt tələb olunar. Yəni, 5 nəfərlik bir komanda bir işi 1 saatda görürsə, 1 nəfər o işi 5 saatda görər. Bu da ən yaxşı ehtimalla təbii ki...
- Komanda işində effektivliyi necə artırmaq olar?
- Uğurlu komanda üçün ilkin şərt uğurlu ünsiyyət olmalıdır. Komanda üzvləri verilən tapşırığın həcmini müəyyən etməli, öz aralarında iş bölgüsü aparmalı, daha sonra da işə başlamalıdırlar. Edilən səhvlərə görə konstruktiv tənqid üslubu seçməli və bir-birilərinə davamlı dəstək olmalıdırlar. Unudulmamalıdır ki, komanda işindəki ən vacib amillərdən biri də komanda ruhudur.
- Komanda yoldaşları ilə davranışın işə hansı təsirləri olur?
- Komanda işindəki effektivliyi artırmaq üçün komanda rəhbəri davamlı olaraq komanda üzvlərinin ruh yüksəkliyini təmin etməlidir. Yuxarıda da vurğuladığım kimi konstruktiv üslub çox vacibdir.
- Komanda üzvləri arasında iş və vəzifə bölgüsü necə olmalıdır?
- Komanda yoldaşları ilə davranış elə komandanın özəyidir. Əslində, komanda işi birlikdə işləmək deyil, komanda işi eyni ruhda olmaqdır. Fiziki olaraq ayrı-ayrı da iş görmək olar və bu, yenə də komanda işi sayılar. Empatiya qurulması qarşılıqlı anlaşma üçün vacib bir amildir və komanda işi üçün mütləqdir.
- Bir-birinə zidd xarakterli insanlar komandada zərbəni necə bir nöqtəyə vura bilərlər?
- Vəzifə bölgüsü komanda üzvlərinin bacarıq və maraq dairəsinə uyğun olmalıdır ki, işi sevərək və həvəslə görsünlər. Təbii ki, bu məktəb mühiti üçün keçərli bir ölçüdür. Professional mühitdə isə bölgü hər kəsin öz sahəsinə uyğun olmalıdır.
- Komanda işi insanda hansı xüsusiyyətləri inkişaf etdirir?
- Məsələn, bəzən olur ki, məktəbdə bir-birini çox da xoşlamayan bir neçə uşaq eyni komandaya düşür və hətta, bu qəsdən belə olur. Komdandanı dəyişmək üçün müraciət etsələr də, bu istək qəbul olunmur. Çünki komanda işi də elə odur ki, işə daha professional yanaşasan və emosional reaksiya vermədən, üzərinə düşən işi görməyə fokuslanasan. Buna görə də, onlar o anda öz güclərini birləşdirməli və bir məqsədə köklənməlidirlər.
- Bu tip layihələrin məktəbi olmalıdırmı?
- Komanda işinin insanda ən çox inkişaf etdirdiyi xüsusiyyətlərdən biri də ünsiyyət bacarığıdır. Daha sonra vaxtın idarə olunması, planlaşdırma və fikir alış-verişi. Bu yanaşma nəinki layihə olaraq dərsin quruluşu formasında olmalıdır, madam ki, məktəb şagirdləri həyata hazırlayır, o zaman bu da o hazırlığın ən vacib hissələrindən biri olmalıdır. Beynəlxalq məktəblərdə bütün dərslərin forması bunun üzərində qurulur, həm də məhz bu səbəblə.
- Mövzu ilə bağlı məktəblilərə məsləhətiniz...
- Komanda işi insanı ancaq inkişaf etdirə bilər. Bu gün artıq dünyada insanları arxasınca aparan fərdlər yox, komandalar var. Bizə məlum olan bütün böyük şirkətlərin və layihələrin arxasında da möhtəşəm komanda işini açıq-aşkar görmək olar.
Aygün Zayıdova