Roman Mamedov 

9-cu mizac tipində olan insanlar özlərini, əsasən, aşağıdakı kimi ifadə edirlər: - İnsanlarla olan münasibətimdə güc və hakimiyyətdən çox uzlaşmağa üstünlük verən, dinc, sakit və tolerant biriyəm. - Asan hirslənməyən, qarşıdurma və gərginlikdən uzaq duran, konflikt vəziyyətlərində səbirli olan bir insanam. - Çətin bir iş və ya riskli bir qərar vermə situasiyaları ilə qarşılaşanda qərarı gecikdirməyə və problemin həllini gözləməyə meyilliyəm. - Özümü yorğun hiss edəndə enerjimi bərpa edə bilmək üçün istirahətə (üstəlik, narahat edilməmək şərti ilə istirahətə) ehtiyacım olur. - Ünsiyyətdə olduğum insanlardan tələblərimin az olmasına diqqət edirəm. - Nə qədər ki, məni özləri kimi olmağa məcbur etmirlər, doğru olmasa da, hər kəsi olduğu kimi qəbul edirəm. - İstəmədiyim bir şeyin mənə təsir etməsinə icazə vermirəm. Ancaq bunun üçün qarşıdurmaya və ya münaqişəyə deyil, uzlaşmaya üstünlük verirəm. - Sakit, tez hərəkətə keçməkdə çətinlik çəkən, işləri təxirə salmağa meyilli olan bir xarakterim var. Ancaq son an gələndə qollarımı çırmalayır və hərəkətə keçirəm. Verilən cümlələrin əksəriyyəti sizi əks etdirirsə, deməli, siz 9-cu mizac tipindəki insansınız.