Ruslan Yusibov 
 

Şükür Həmidov Azərbaycan Ordusunda xidmətləri və təltifləri ilə ən yadda qalan zabitlərdən biridir. O, sağlığında Milli Qəhrəman adı verilən nadir döyüşçülərdəndir. 2016-cı ildə erməni təxribatından sonra düşmənə cavab verən və Ohanyan səddini döyüş yoldaşları ilə birgə ilk dəfə yaran hərbçilərdəndir. Vaxtından əvvəl polkovnik rütbəsi alan və anadan olduğu Qubadlı rayonunda şəhid olan Milli Qəhrəman 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olub. Ailəsinin doqquzuncu övladı idi. Birinci Qarabağ müharibəsinin başlaması və ermənilərin 1993-cü il avqustun 31-də Qubadlı rayonunu işğal etməsi ilə Həmidovlar ailəsi Sumqayıta köçür. Elə o vaxtdan Həmidovlar Sumqayıtda yaşayırlar. Şükür Həmidovun atası Nəriman Həmidovla görüşüb söhbətləşmək üçün evlərinə yollandıq...

 

- Nəriman dayı, necəsiniz, səhhətiniz necədir?

- Yaxşıyam, çox sağ olun.

- Erməni işğalı ilə əlaqədar 1993-cü ildə Qubadlıdan ailənizlə çıxmısınız. O vaxtları necə xatırlayırsınız?

- Bilirsiniz, həmin vaxtlarda bizim bütün kəndlərimizdən ov tüfənglərini də gəlib yığdılar. Dedilər ki, müharibə dövlət səviyyəsində aparılır. Halbuki, bu, ermənilərin əli ilə baş verirdi. Mən sinif müəllimi işləyirdim. Rayonu, kəndləri çox yaxşı tanıyırdım. Sonra onlar 336-cı alayın köməyi ilə Qubadlıya hücum etdilər. Biz məcburi şəkildə oradan çıxdıq. Biz oradan gec çıxanlardan biri idik. İnana bilmirdim ki, biz artıq kəndimizi tərk edirik. Yadımdadır, həmin vaxt bir uşaq atla mənə yaxınlaşdı və: "Nəriman əmi, sizdən o tərəfdəki kəndlərin sakinləri gəlib gedib, siz niyə qalmısınız", - dedi. Biz 93-cü il sentyabrın 1-də Sumqayıta gəldik. Mən burada da müəllim işləməyə başladım. Əvvəl şəraitimiz çox pis idi. Şükür həmin vaxt liseydə oxuyurdu. Bitirdikdən sonra "N" saylı hərbi hissədə işləməyə başladı. İşlədiyi müddətdə bölük komandirindən tutmuş, briqada komandiri və korpus komandiri vəzifəsinə qədər gəlib çıxdı.

 

Şükür Həmidov 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olur və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirir. 2006-cı ilin avqustunda isə Şükür Həmidov ixtisasının artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsilini davam etdirir və 2008-ci il iyunun 25-də oranı bitirir. 2003-cü il sentyabrın 25-dən 2005-ci il iyulun 15-nə qədər Naxçıvan şəhərində "N" saylı hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisi vəzifəsini daşıyır. Bu vaxta qədər müxtəlif vəzifələrdə olan Şükür Həmidov 2009-cu il sentyabrın 10-dan 2011-ci il iyunun 18-nə qədər Füzuli rayonunun Horadiz şəhərində "N" saylı hərbi hissədə Komandirin müavini, Qərargah rəisi vəzifələrində işləyir və xidmətlərinə görə 30 iyun 2010-cu il tarixdə polkovnik-leytenant hərbi rütbəsi alır. 2015-ci il iyulun 15-də "N" saylı Hərbi Hissə komandiri vəzifəsinə təyin olunur. Bu hadisədən 9 ay sonra Aprel döyüşləri başlayır.

 

- Ermənilər dinc oturmadılar, basqınlar etməyə, yeni işğallar həyata keçirməyə başladılar. Onlar Lələtəpəni 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni təxribatlarından sonra Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayır. Həmin hərbi əməliyyatlarda Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi Şükür Həmidova həvalə olunur. 16 Fraza APREL Fraza MÜSAHİBƏ hədəf almışdılar. Həmin vaxt Şükür Lələtəpə yaxınlığındakı hərbi hissədə briqada komandiri idi. Ora əks hücum Şükürün briqadasına tapşırılmışdı. Şükür həmin əməliyyat barədə danışanda demişdi ki, əvvəlcə plan top atəşləri ilə hücuma keçmək idi. Ancaq o, bu cür əməliyyatın erməniləri ayıldacağını, qüvvələrini həmin bölgəyə toplamalarına səbəb olacağını deyir. Ona görə də, gizli şəkildə düşmənin mövqe tutduğu yerlərə sızılır. Kəşfiyyatçılar sürünə-sürünə ermənilərin yatdıqları yerlərə qədər yaxınlaşa bilirlər. Daha sonra atışma başlayır və ermənilər zərərsizləşdirilir. Orada olan 3 hərbçimiz tikilidə gizlənən eməni hərbçiləri tərəfindən şəhid edilir. Sonradan ermənilər həmin bölgəni topla və digər silahlarla vurmağa başlayırlar. İtki 19 nəfərə çatır. Ancaq erməni tərəfinin qat-qat çox itkisi var idi. Onların hətta mayoru diz çöküb, "Məni öldürməyin", - deyə yalvarırdı. Lələtəpəni bu şəkildə aldılar.

 

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni təxribatlarından sonra Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayır. Həmin hərbi əməliyyatlarda Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi Şükür Həmidova həvalə olunur. Döyüş vaxtı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilir. Həmin döyüşlərdə Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" kimi tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilir. Polkovnik-leytenant Şükür Həmidova Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi şəxsi şücaətə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. 2016- cı il mayın 10-da isə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunur.

 

- Nəriman dayı, Mili Qəhrəman atası olmaq necə bir hissdir?

- Milli Qəhrəman atası olmaq böyük şərəfdir. Özünü həmişə qürurlu hiss edirsən. Ya Allah, sənə min şükür ki, bizim torpaqlarda bu cür insanlar yaratmısan. Qəhrəman atasının iki ürəyi olur. Elə bil sinəndə ürəyin qoşa döyünür. Hörmətli Prezidentimizə çox Hörmətli Prezidentimizə çox təşəkkür edirəm. Həmin döyüşdən sonra Şükürün əməyini qiymətləndirdi. Ona Milli Qəhrəman adı verdi. Ondan sonra da Şükür öz vəzifə borcunu ardıcıl olaraq yerinə yetirməyə başladı. Korpus Komandirinin müavini vəzifəsinə gətirildi. Bir atalar sözü var, "Heç kəs öz ayranına turş deməz". Şükür, həqiqətən, vətənpərvər adam idi. APREL Fraza 17 MÜSAHİBƏ Fraza təşəkkür edirəm. Həmin döyüşdən sonra Şükürün əməyini qiymətləndirdi. Ona Milli Qəhrəman adı verdi. Ondan sonra da Şükür öz vəzifə borcunu ardıcıl olaraq yerinə yetirməyə başladı. Korpus Komandirinin müavini vəzifəsinə gətirildi. Bir atalar sözü var, "Heç kəs öz ayranına turş deməz". Şükür, həqiqətən, vətənpərvər adam idi. Oturub çay içdiyimiz vaxt, "Ay ata, biz burada rahat oturub çay içirik, ancaq torpaqlarımız ermənilərin tapdağı altındadır", - deyirdi. Cavab verirdim ki, "Ay oğul, hər şeyin vaxtı var, torpaqlarımızı da alacağıq".

- Daha sonra İkinci Qarabağ müharibəsi başladı və Şükür Həmidov həmin döyüşlərə qoşuldu. O vaxtları necə xatırlayırsınız?

- İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl Şükür Beyləqanda xidmət edirdi. 20 gün məzuniyyət götürmüşdü. Burada evləri var idi, təzəcə təmir olunmuşdu. Ailəsini gətirib 4 gün qala bildi. Məzuniyyəti tamam olmamış geri çağırdılar. Elə o gedən getdi. İkinci Qarabağ müharibəsi artıq başlamışdı. Oktyabr ayının 19-u idi. Mənə zəng elədi, dedi ki, "Ata, bəlkə, sabah siz tərəflərə getdik". Qubadlını nəzərdə tuturdu. Mən də dedim ki, "Bala, bizim kənddə bir bulaq var, "Navlı bulaq" deyirlər, oradan doyunca su içərsən". Dedi ki, "Ata, ora hələ tezdir". Ayın 21-də Şükürgil haqqında video çəkib yaymışdılar. Ayın 22-də Şükür Mahmudlu kəndində şəhid oldu. O, Vətənini sevən adam idi. Bir qarış torpağı canından çox sevirdi. Qubadlı işğaldan azad ediləndən sonra bizi oralara apardılar. Həmin yerdən torpaq da götürdük. Şükürün şəhid olduğu yerə də getdik. Cənab Prezidentlə də görüşdük. O, camaatın içində mənə, "Şükür bizim əzizimizdir", - dedi. Bu ifadə ölənə qədər mənim yadımdan çıxmaz. Əlimdən tutdu, məni qucaqladı. Ümumiyyətlə, demək istəyirəm ki, biz bu qurbanları verməsəydik, torpaqlarımızı işğaldan azad edə bilməzdik. Qurbansız heç nə qazanmaq olmaz. Xalqımız da itkilərimizə, çəkdiyimiz əziyyətlərə layiqincə dəyər verir.

 

Həmin vaxtlarda artıq 2-ci Ordu Korpusunun Komandir müavini vəzifəsinə gətirilən Şükür Həmidov, cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri idi. Müharibənin birinci günündə təmas xətti yarılır və qısa müddətdə Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qərvənd işğaldan azad edilir. Ermənistan Ordusunun Füzuli şəhərində qurduğu güclü müdafiə xətti ilə əlaqədar ordumuz Füzuli şəhərinə Xocavənd rayonu ərazisindən daxil olmağı qərara alır. 10 gündən çox həmin bölgədə döyüşlər davam edir. Azərbaycan Ordusu Füzuli şəhərinə daxil ola bilir. Sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı ərazisinə istiqamət götürür. Oktyabrın 20-də Qubadlı rayonu istiqamətində Şükür Həmidovun da şəxsən iştirak etdiyi döyüşlər başlayır. Bir gün sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 12-dən çox yaşayış məntəqəsinə daxil olurlar. Bu sevinci cəbhədə əsgərlərlə birgə yaşayan Şükür Həmidovun son döyüşü Mahmudlu istiqamətində olur. Həmin döyüşdə Milli Qəhrəman şəhid olur. Bu, ordu üçün ağır itki olsa da, döyüş yoldaşları onun yolunu davam etdirirlər. Və polkovnikin şəhid olmasından 5 gün sonra, 25 oktyabrda onun dünyaya gəldiyi Qubadlı, sonra isə Azərbaycanın digər bölgələri Ermənistan işğalından azad olunur.

 

- Şəhid atalarına, şəhid ailələrinə nə demək istərdiniz?

- Şəhid atalarına, şəhid analarına, şəhid ailələrinə, şəhid övladlarına üzümü tutub deyirəm ki, başınızı dik tutun. Dünyaya açıq gözlə baxın. Balalarınız, həyat yoldaşlarınız, atalarınız öz qanları bahasına torpaqları düşməndən azad etdilər. Çalışın, torpaqlarınızı yaxşı qoruyun. Bir də düşmənlərin bura ayaq basmasına icazə veməyin. Xalqımızın vəziyyəti qoy həmişə yaxşı olsun.

- Nəriman dayı, şəhidlik sizin üçün nədir?

- Mənə elə gəlir ki, şəhid sanki, səmalarda bizim bütün hərəkətlərimizi görür. Şəhid ölmür. Şəhid Vətən fədaisidir. Onlar həmişə qəlbimizdədirlər. Şükürü yuxuda çox görmüşəm. Hətta, mənə deyiblər ki, bax, Şükür bu evdədir. Alüminium rəngdə bir qapısı var idi. Əlimdə bir neçə açar var idi. O qapı tərəfə atdım ki, kimsə o qapını açsın...

 

Nəriman dayı həmin yuxusunu danışarkən gözləri dolur, səsi titrəyir. Özünü güclə toplayır. Yuxunun davamını danışa bilmir. Onu üzməmək üçün biz də mövzunu dəyişməli oluruq...

 

- Oğul, mən orta məktəbi Qubadlıda bitirmişəm. Pioner evində işləmişəm. Rayon Komsomol şöbəsində işləmişəm. Ailəm orada idi. Ora haqqında mənim xatirələrim böyükdür. Oraları çox yaxşı tanıyırdım. Amma indi gedəndə, oxuduğum məktəbi, yaşadığımız küçəni tapa bilmədim. Yəni, ermənilər Qubadlını elə bir vəziyyətə salıblar. Allah xalqımıza dayaq olsun. Qara buludları başımızın üzərindən təmizləsin. Sülhməramlılar Qarabağdan çıxsın.

- Çox sağ olun, Nərman dayı, müsahibə üçün.

- Siz də sağ olun. Zəhmət çəkib oradan bura gəldiniz. Minnətdarlığımı bildirirəm.