Roman Mamedov
8-ci mizac tipində olan insanlar özlərini, əsasən, aşağıdakı kimi ifadə edirlər: - Hər hansı bir təhlükə və ya kritik vəziyyətlə qarşılaşdıqda gücümə fokuslanır və cəsarətlə hadisənin üzərinə gedirəm. - Mübarizə və qarşıdurmadan əsla çəkinmirəm. - Riskə gedərkən çətinlik çəkmədiyim üçün tez və cəld qərar verə bilirəm. - Ətrafımdakı insanlarla müqayisədə daha qəzəbli, səbirsiz və dominant bir insanam. - Birbaşa, hökmlü və avtoritar bir danışıq tərzim var. - Tez inciyən və razılaşan, qətiyyətsiz və utancaq insanlardan heç xoşum gəlmir. Həyat fəlsəfəm güclü və azad olmaqdır. - Narazılığımı və məmnuniyyətsizliyimi insanlar incisələr də, ifadə etməkdən çəkinmirəm. - İnsanları idarə edərkən güc və səlahiyyətimi istifadə etməkdə çətinllik çəkmirəm. - Güclü, sərt və dominant bir xarakterə sahib olmaqla yanaşı, daxilimdə çox büruzə vermədiyim həssas, mərhəmətli və şəfqətli bir xarakterim də var. - Qərarlarıma və fikirlərimə qarşı gəlməyi xoşlamıram və bu məni qəzəbləndirir. Son sözü həmişə mən demək istəyirəm. Verilən cümlələrin əksəriyyəti sizi əks etdirirsə, deməli, siz 8-ci mizac tipindəki insansınız.