Roman Mamedov
7-ci mizac tipində olan insanlar özlərini, əsasən, aşağıdakı kimi ifadə edirlər:
- Həyata həzz və həyəcan qatacaq qeyri-adi, yeni və maraqlı şeyləri kəşf etməyi və təcrübədən keçirməyi çox sevirəm.
- Həyatda qarşılaşdığım ağrılı və problemli məsələlərə fokuslanmaqdansa, gələcəyi düşünüb yeni və gözəl hadisələrin axtarışına başlayıram.
- Tez və praktik düşünən, həyatdan zövq almağı və həyəcan dolu yaşamağı sevən biriyəm.
- Eyni şeyə uzun müddət fokuslanmaqda çətinlik çəkən, yeniliyi və hərəkəti sevən, optimist biriyəm.
- Bir neçə şeyi eyni anda düşünüb həyata keçirə bilirəm.
- Bir iş cansıxıcı və monoton hala gələndə o işi və o yeri tərk etmək istəyirəm.
- Həyəcanı və səyahəti sevirəm, eyni vaxtda bir çox yerdə olmaq istəyirəm.
- Azadlığı sevən, yeni macəralar və təcrübələr axtaran biriyəm, məhdudlaşdırılmaq məni sıxır.
- Alternativlərim hər zaman çoxdur və müxtəlif variantlarım olmalıdır.
- Ağlıma parlaq bir fikir gələndə detalları çox düşünmədən sınaqdan çıxarmaq və həyata keçirmək istəyirəm.
Verilən cümlələrin əksəriyyəti sizi əks etdirirsə, deməli, siz 7-ci mizac tipindəki insansınız.