6-cı mizac tipində olan insanlar özlərini, əsasən, aşağıdakı kimi ifadə edirlər:
- Bir çox insanlarla müqayisədə qorxuya və təşvişə meyilli insanam.
- Ümumiyyətlə, tədbirli və təmkinli bir xarakterə makikəm.
- Zehnim çox vaxt planlarımı və öhdəliklərimi yerinə yetirib-yetirməməyimlə məşğuldur.
- Dəyər verdiyim insanların haqqımda nə düşündüklərini bilmək istəyirəm. Ona görə də, haqqımda hər hansı səhv düşüncə məndə gərginlik əmələ gətirir.
- Bütün ehtimal və riskləri düşündüyüm üçün son qərarı vermək bir az vaxt alır.
- Həyatda tənha və köməksiz qalmaqdan qorxuram. Zehnim gələcəklə bağlı olduqca qayğılı və düşüncəlidir.
- İş məsələsində öz təşəbbüsümlə addım atıb riskə getməkdənsə, məndən tələb olunanı yerinə yetirmək məni daha təhlükəsiz hiss etdirir.
- Mənə istiqamətləndirilən tənqidlər məni gərginləşdirir, o anda təhlükədə olduğumu hiss edir və müdafiəyə keçirəm.
- Kiçik bir problem olduqda belə zehnimdə ən neqativ ssenariləri canlandırmaqda çox məharətliyəm.
- Yanında özümü təhlükəsiz hiss etdiyim insanların dostluq və yaxınlığını itirmək istəmirəm və onlara sədaqətlə bağlıyam.
Verilən cümlələrin əksəriyyəti sizi əks etdirirsə, deməli, siz 6-cı mizac tipindəki insansınız.

ŞƏXSİYYƏT KARTINIZ
6-cı mizac tipi



ROMAN MAMEDOV / İstedad analitiki