- Müxtəlif və qarışıq düşüncələr arasındakı əlaqələri və münasibətləri həll etmək, ümumiləşdirmək məsələsində bacarıqlıyam.
- Sosial mühitdə müşahidəçi mövqedə olmağa və analiz etməyə, məcbur olmadıqca mühitə müdaxilə etməməyə üstünlük verirəm.
- Rasional, elmə çox əhəmiyyət verən və analizlərində emosionallığa yer verməyən bir insanam.
- Çox sosial bir insan deyiləm, insanlarla olan ünsiyyətdən tez yorulduğumu hiss edirəm.
- Həyatın mənasını və sirlərini açıqlayan hər cür elmin axtarışındayam.
- Zamanımı və enerjimi mümkün olduqca özümə ayırmağa üstünlük verirəm. Ətrafımdakılardan da çox az şey gözləyirəm.
- Hər hansı bir məsələdə hərəkətə keçməzdən əvvəl bütün detalları bilməyin və yaxşıca düşünüb analiz etməyin vacibliyinə inanıram.
- Emosionallığı və insanlardakı emosional dəyişikliyi anlamaqda çətinlik çəkirəm.
- Duyğularım vasitəsi ilə özümü ifadə etmək mənim üçün çox çətindir.
- Bir məsələdə vəziyyəti görməmiş, işi anlamamış qərar verməməyə və hərəkətə keçməməyə çalışıram.
ŞƏXSİYYƏT KARTINIZ
5-ci mizac tipi
ROMAN MAMEDOV
İstedad analitiki