4 mizac tipində olan insanlar özlərini, əsasən, aşağıdakı kimi ifadə edirlər:
- İnsanların çoxu mənə dayaz, səthi və duyğu dərinliyindən məhrum görünür. Buna görə də, cəmiyyət içində özümü yad kimi hiss edirəm.
- Gördüyüm iş nə olursa olsun, ona xüsusi estetik rəng qatmaq istəyirəm.
- Adi və təkrarlanan işləri xoşlamıram.
- Ağrı-acıdan qaçmaq əvəzinə onu bütünlüyü ilə yaşamaq istəyirəm, bu vəziyyətlərdən özümə və həyata aid mənalar çıxarmağa çalışıram.
- Olduqca emosionalam. Ancaq duyğularımı olduğu kimi və birbaşa deyil, dolayısı ilə və estetik bir dillə ifadə etmək xoşuma gəlir.
- Özümü tapmaq və anlamaq ən əsas hədəflərimdən biridir, bu müddət ərzində özümə və həmsöhbətlərimə qarşı vicdanlı olmaq mənim üçün çox vacibdir.
- Məntiqim məni təsdiqləməsə də, duyğu və hisslərimin yönləndirdiyi istiqamətdə yaşamağa meyilliyəm.
- İnsanları anlamaq və özümü insanlara anlatmaq mənim üçün çox vacibdir, ancaq bu vəziyyət bəzən məni yorur.
- Digər insanların sahib olduqları şeyləri düşünüb əskiklik hiss edirəm, onlara qibtə edirəm.
- Özümü hazır hiss edəndə işimi o vaxt görürəm.
Verilən cümlələrin əksəriyyəti sizi əks etdirirsə, deməli, siz 4 mizac tipindəki insansınız.
ŞƏXSİYYƏT KARTINIZ
4-cü mizac tipi
Roman Mamedov - İstedad analitiki