9 mizac modelində dörd əsas anlayış mövcuddur:
* Dominant mizac tipi
* Qanad mizac tipi
* Stress xətti
* Rahat xətti
Hər bir insan bu dörd anlayış nəzərə alınmaqla analiz edilir. Eyni zamanda şəxsin sağlam, orta və sağlam olmayan səviyyələri də başqa vacib dəyərləndirmə meyarlarıdır.

Dominant mizac tipi

Şəxsin dominant və əsas istifadə etdiyi mizac tipidir. Bu, eyni zamanda o şəxsin daha çox istifadə etdiyi mərkəz və bölməyə də işarədir. Məsələn: Bir şəxsin dominant mizac tipinin 1 olması fiziki mərkəzin ağıl bölməsini daha çox istifadə etməsi deməkdir.

Qanad mizac tipi
Hər bir şəxs dominant mizac tipinə əlavə olaraq az da olsa, başqa mizac tipinin xüsusiyyətlərindən təsirlənir. Şəxsin təsirləndiyi bu mizaca şəxsin qanad mizacı deyilir. Qanad mizac tipinin təsiri çox və ya az səviyyədə ola bilər. Qanad mizac tipinin təsiri dominant mizac tipinə müxtəliflik və zənginlik qatır. Enneaqram modelinə görə hər bir şəxs daha çox təsirli olan dominant mizac tipi ilə daha az təsirli olan başqa mizac tipinin özünəməxsus qarışığından meydana gəlir. Hər bir mizac bir rəqəmlə göstərilir və mizacın/rəqəmin sağındakı və solundakı mizac/rəqəm o dominant mizacın ehtimal qanadıdır. Məsələn: Dominant mizac tipi 9 olan bir şəxsin qanad mizac tipi 8 və ya 1 olacaq. Əsas mizac tipi 4 olan birinin qanadı isə 3 və ya 5 olacaq və s.

Stress və rahat xətləri
Şəxslər uzun müddət neqativ təsirlərə məruz qaldıqda (məsələn, təzyiq kimi) təbii vəziyyətlərindən daha fərqli bir davranış sərgiləyirlər. Bu davranış şəxsin mövcud stress faktorunun bir mənada öhdəsindən gəlmə formasıdır. Yenə hər bir şəxs rahat şərtlərlə qarşılıqlı münasibətdə olduqda ümumi vəziyyətdən daha müsbət bir davranış sərgiləyir.

“Rahat xətti“ istiqamətləri

“Stress xətti“ istiqamətləri

Stress xətti
Hər bir şəxs öhdəsindən gələ bilmədiyi miqdarda streslə qarşılaşdıqda dominant mizac tipindən fərqli olan bir mizac tipinin sağlam olmayan vəziyyətini sərgiləyir. Buna başqa cür şəxsin “stress xətti” də deyilir.
Stress vəziyyəti və ya stress xətti ilə nəzərdə tutulan odur ki, şəxs dominant mizac tipinin imkanlarından istifadə etdiyi halda qarşılaşdığı stress səbəblərinin öhdəsindən gələ və bunları dəyişdirə bilmir. Başqa bir ifadə ilə bu, şəxsin əsas mizac quruluşunun imkan və xüsusiyyətlərinin stress faktorları qarşısında yetərsiz və funksiyasız qalması və nəticədə, bu stress faktorlarına başqa bir mexanizmlə cavab verməsi formasıdır.
Şəxsin stresdə olarkən sərgilədiyi davranış, əslində, həyatda heç xoşlamadığı bir davranışdır. Məsələn: “9” mizac tipində olan bir şəxs uzlaşma, sükunət və hüzur axtarır, konflikt, müxaliflik və gərginlikdən qaçır. Ancaq bu şəxs müəyyən stress və təzyiqə məruz qaldıqda ən çox uzaq olmaq istədiyi (həmçinin, stress və təzyiq zamanı sərgilənən) bu “6” mizac tipinin sağlam olmayan formasını nümayiş etdirir.

Rahat xətti
Yenə hər bir şəxs özünü rahat və dinc hiss etdikdə dominant mizac tipindən fərqli bir mizac tipinin sağlam formasını sərgiləyir. Buna da şəxsin “rahat xətti” deyilir. Şəxsin rahat/dinc vəziyyətində sərgilədiyi davranışlar da əslində, ən çox ehtiyac duyduğu və özünü tamamlayıb inkişaf etdirdiyi məqamlardır. Məsələn: “9” mizac tipində olan bir şəxs rahat və dinc vəziyyətində əskikliyini hiss etdiyi və onu tamamlayıcı xüsusiyyətləri ehtiva edən hədəfə fokuslanmaq, əzm, şövq və hədəfə çatana qədər səy göstərmək kimi “3” mizac tipinin sağlam vəziyyətini sərgiləyir. 
Şəxslərin stress halında sərgilədikləri sağlam olmayan mizac xüsusiyyətləri ilə rahat və dinc vəziyyətlərində sərgilədikləri sağlam mizac xüsusiyyətləri müvəqqətidir.
Növbəti yazımızda hər bir mizac tipinin müxtəlif xüsusiyyətlərindən bəhs edəcəyik.


Roman Mamedov